Bank Of Baku

ABŞ Misirə hərbi və maliyyə yardımını azaldacaq

ABŞ Misirə hərbi və maliyyə yardımını azaldacaq
# 10 oktyabr 2013 01:01 (UTC +04:00)

Bakı-APA. ABŞ hökuməti Misirə hərbi və maliyyə yardımını azaldacağını bəyan edib. APA-nın BBC-yə istinadən verdiyi məlumata görə, ABŞ Dövlət departamentinin nümayəndəsi Cen Psaki bildirib ki, Vaşinqton yardım proqramını Misirdə inamlı demokratik islahatlar keçirilməyənədək dayandırmaq niyyətindədir.

 

Söhbət ilk növbədə “Abrams” tanklarının, F-16 qırıcılarının, “Apaçi” helikopterlərinin və “Harpun” raketlərinin satışının dayandırılmasından gedir.

 

Qeyd edək ki, hazırda ABŞ-ın Misirə yardımının həcmi 1,3 milyard dollar təşkil edir. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR