Bakı-APA. ABŞ Misirə hərbi və iqtisadi yardım göstərməkdə davam edir. APA-nın “İnterfaks”a istinadən verdiyi məlumata görə, bunu jurnalistlərə açıqlamasında ABŞ Dövlət Departamentinin nümayəndəsi Cen Psaki deyib. O qeyd edib ki, Vaşinqton Qahirəyə eyni zamanda təhlükəsizlik sahəsində kömək edir.
Misirdə məlum hadisələr başlayanda, ABŞ bu ölkəyə il ərzində etdiyi 1,55 mlrd dollarlıq yardımı dayandıra biləcəyinə dair xəbərdarlıq edib.