Bakı-APA. Bölgədə cəmlənmiş ABŞ ordusunun birləşmələri Suriya rejiminə qarşı əməliyyat keçirməyə hazırdır. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ-ın müdafiə naziri Çak Heygel Senatın xarici əlaqələr komitəsində çıxışı zamanı bəyan edib.
“Biz qüvvələrimizi bölgədə ona görə cəmləmişik ki, bu cür əməliyyatı həyata keçirmək üçün imkanımız olsun. Biz general Dempsi ilə (ABŞ Silahlı Qüvvələrinin qərargah rəislərinin birləşmiş komitəsinin sədri general Martin Dempsi) prezidentə onun əmrini icra etməyə hazır olduğumuz barədə raport vermişik”, deyə Heygel bildirib.