APA-nın “RBK”ya istinadən verdiyi xəbərə görə, bu barədə Amerikanın News10 telekanalı məlumat yayıb.
“Müdafiə Nazirliyi gözlənilməz hallar yarandıqda prezidentə tədbirlər variantlarını təqdim etməyə görə məsuliyyət daşıyır. Bu isə prezidentin seçim edəcəyi istənilən variantı reallaşdırmaq iqtidarında olmaq üçün bizim qüvvələri, aktivləri mövqelərə çıxarılmasını tələb edir”, deyə müdafiə naziri Çak Heygel Pentaqonun addımlarını əsaslandırıb.
Xatırladaq ki, ABŞ prezidenti Barak Obama Suriya münaqişəsini müzakirə etmək üçün bu gün milli təhlükəsizlik üzrə müşavirləri ilə toplantı keçirəcək.