Bank Of Baku

ABŞ Senatı İrana qarşı yeni sanksiyaların müzakirəsini 80 gün müddətinə təxirə salıb

ABŞ Senatı İrana qarşı yeni sanksiyaların müzakirəsini 80 gün müddətinə təxirə salıb
# 06 noyabr 2013 14:11 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. ABŞ Senatı İrana qarşı yeni sanksiyaların müzakirəsini 80 gün müddətinə təxirə salıb.

 

APA-nın İran mətbuatına istinadən məlumatına görə, bununla bağlı Ağ Evlə ABŞ Senatı arasında razılıq əldə olunub.

 

Oktyabrın 31-də axşam saatlarında ABŞ hökumətinin bir qrup nümayəndəsi ilə amerikalı senatorlar arasında İrana qarşı yeni sanksiyalar məsələsi ilə bağlı ortaq toplantı keçirilib. Yığıncaqda ABŞ-ın vitse-prezidenti Co Bayden, dövlət katibi Con Kerri və maliyyə naziri Cek Lo və digər rəsmilər iştirak ediblər. Toplantıda ABŞ hökuməti demokrat və respublikaçı senatorlardan İranla “altılıq” ölkələri arasındakı nüvə müzakirələri səbəbindən rəsmi Tehrana qarşı mülayim davranılması və bu ölkəyə qarşı sanksiyaların təxirə salınmasını istəyib. Barak Obama administrasiyası İranın nüvə məsələsinin qısa zamanda həll edilməsi qeyri-mümkün və zamana ehtiyacı olan mövzu olduğunu vurğulayıb. Bundan bir neçə gün sonra ABŞ Senatı İrana qarşı yeni sanksiyaların müzakirələrin təxirə salınmasını qəbul edib.

 

ABŞ Senatının Bank Komitəsinin üzvləri - Robert Menendez və Mark Kirk Barak Obama administrasiyasının bununla bağlı onları razı salmağı bacardığını bildiriblər. Hər iki konqresmen yaydıqları açıqlamada İranın nüvə siyasətini nəzərdən keçirməsi məqsədilə bu ölkəyə yeni fürsət tanımaq üçün əlavə sanksiyalar qanununu hələlik ABŞ Senatına təqdim etməyəcəklərini vurğulayıblar. Ancaq bununla barışmayan İsrail lobbisi İrana qarşı sanksiyaların sərtləşdirilməsinin tərəfdarıdır. AİPAC prezidenti Maykl Kasan bununla bağlı öz səylərini əsirgəməyəcəklərini, İrana vaxt tanımaqda və ya sanksiyaların təxirə salınmasında maraq olmadıqlarını bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR