Bank Of Baku

ABŞ Senatının Komitəsi Suriya müxalifətinə silah verilməsini dəstəkləyib

ABŞ Senatının Komitəsi Suriya müxalifətinə silah verilməsini dəstəkləyib
# 21 may 2013 23:36 (UTC +04:00)

Bakı-APA. ABŞ Senatının xarici əlaqələr Komitəsi Suriya müxalifətinə silah verilməsini nəzərdə tutan qanun layihəsini dəstəkləyib.   

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, sənədin qəbul olunmasının lehinə  komitənin 15 üzvü, əleyhinə isə 3 üzü səs verib.  

 

Komitənin rəhbəri Robert Menendes tərəfindən təqdim olunan sənəddə silah-sursatın əsaslı şəkildə yoxlanılmış, terrorçularla əlaqəsi olmayan üsyançı qruplarına verilməsi təklif olunur.

 

Hal-hazırda ABŞ Suriya prezidenti Bəşər Əsədin əleyhdarlarını silahla təchiz etmir.       

 

Robert Menendesin qanun layihəsi həmçinin suriyalı müxalifətçilərin hərbi hazırlığını, keçid dövründə hakimiyyət institutlarının yaradılmasına 250 milyon dollarlıq dəstək fondunun yaradılmasını və hazırkı hakimiyyətə silah və yanacaq tədarük edənlərə qarşı sanksiyaların tətbiq edilməsini nəzərdə tutur.   

 

Sənədin qüvvəyə minməsi üçün o Konqresin hər iki palatası tərəfindən təsdiqlənməli və prezident tərəfindən imzalanmalıdır.   

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR