Bank Of Baku

ABŞ senatorunun oğlu atasını ağır yaraladıqdan sonra özünü güllələyib

ABŞ senatorunun oğlu atasını ağır yaraladıqdan sonra özünü güllələyib
# 19 noyabr 2013 22:58 (UTC +04:00)

Bakı-APA. ABŞ-ın Virciniya ştatından olan senator Kreyq Didsin oğlu atasını ağır xəsarət yetirdikdən sonra intihar edib. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə NBC telekanalı məlumat yayıb.    

 

Telekanalın məlumatına görə, senator 21 yaşlı oğlu Ostin Didsin hücumuna məruz qalaraq çoxsaylı bıçaq yaraları alıb.

 

Bundan sonra senatorun oğlu odlu silahdan başına atəş açaraq intihar edib.

 

Onun atası isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

 

İnsidentin səbəbləri barədə xəbər verilmir. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR