APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, “qara bazarda” müsadirə olunmuş narkotik maddənin 43 mln. dollar dəyərində olduğu bildirilir.
Kokain Puerto-Rikonun Patillas şəhərinə yollanan gəmidə aşkarlanıb. Gəminin göyərtəsində olan 3 nəfəri saxlamaq mümkün olmayıb.
Qeyd edək ki, həftənin əvvəlində Puerto-Rikoda sərhədçilər 1,7 tonluq kokain partiyasını müsadirə etmişdilər.