Bakı-APA. ABŞ Liviyada Müəmmər Qəddafinin devrilməsindən əvvəl tətbiq olunmuş uçuşsuz zona variantını Suriyaya qarşı istifadə etməyi nəzərdə tutmur. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu ABŞ Dövlət Departamentinin nümayəndəsi Mari Xarf deyib.
“Biz İraq ssenarisi əsasında hücum, Liviyada tətbiq olunan uçuşsuz zona variantlarından danışmırıq, və bu çox mühümdür”, deyə Xarf qeyd edib.