Bakı-APA. BMT ekspertlərinin hesabatı təqdim edilənədək ABŞ Suriyaya zərbə endirmək imkanını özündə saxlayır. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bunu Parisdə ABŞ dövlət katibi Con Kerri deyib.
“Prezident Obama hələlik qərar qəbul etməyib və özündə müxtəlif variantları saxlayır”, - deyə Kerri Fransa xarici işlər naziri Loran Fabiusla görüşdən sonra jurnalistlərə açıqlama verib.