Bakı-APA. ABŞ və «Taliban» hərəkatı arasında Qətərin paytaxtı Dohada amerikalı elçi Ceyms Dobbinsin iştirakı ilə keçirilməli olan danışıqlar baş tutmayıb. APA-nın xəbərinə görə, bu barədə ABŞ dövlət departamentinin nümayəndəsi Patrik Ventrell məlumat verib.
«Danışıqlar alınmayıb. Onu deyə bilərəm ki, səfir Dobbins ABŞ-a qayıdır, o təyyarədədir», deyə Ventrell bildirib.
ABŞ 2001-ci ildə «Taliban» hərəkatını Əfqanıstanda hakimiyyətdən devirib və sonrakı illər ərzində bu hərəkatla mübarizə aparıb.