Bakı-APA. ABŞ dövlət katibinin müavini Vendi Şermanın Rusiya nümayəndələri ilə görüşü gələn həftə baş tutacaq. APA-nın “İnterfaks”a istinadən verdiyi məlumata görə, Dövlət Departamentinin nümayəndəsi Cen Psaki görüşdə Suriya ilə bağlı məsələlənin müzakirə olunacağını bildirib.
Psaki qeyd edib ki, danışıqlar zamanı Cenevrə konfransının təşkili məsələsi nəzərdən keçiriləcək.