Bank Of Baku

ABŞ və Rusiya müdafiə nazirləri Ukraynadakı vəziyyəti müzakirə ediblər

ABŞ və Rusiya müdafiə nazirləri Ukraynadakı vəziyyəti müzakirə ediblər
# 02 mart 2014 03:35 (UTC +04:00)

Bakı-APA. ABŞ müdafiə naziri Çak Heygel və onun rusiyalı həmkarı Sergey Şoyqu aralarında baş tutmuş telefon danışığı zamanı Ukraynadakı vəziyyəti müzakirə ediblər. APA-nın “BBC”-yə istinadən verdiyi xəbərə görə, bu barədə “Röyters”ə ABŞ hakimiyyətinin anonim nümayəndəsi bildirib.

 

O, Krımda yaranmış vəziyyətə görə ABŞ-ın bəzi ordu hissələrinin döyüş hazırlığı vəziyyətinə gətirilməsi ilə bağlı məlumatları şərh edərkən qeyd edib ki, rəsmi Vaşinqton yalnız diplomatik vasitələrə əsaslanır.   

 

Qeyd edək ki, martın 1-də Rusiya Federasiya Şurası Ukrayna ərazisinə qoşun yeridilməsinə razılıq verib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR