Bakı. Real Cəfərli - APA. ABŞ İranın ali dini lideri, ayətullah Əli Xamneyinin ofisinin siyasi və təhlükəsizlik məsələləri üzrə rəhbəri Əliəsgər Mirhicaziyə sanksiya tətbiq edib.
APA-nın “Radiofərda”ya istinadən məlumatına görə, İranda insan haqlarını kobud şəkildə pozduğuna görə, onun adı “qara siyahı”ya daxil edilib.
Bundan əlavə, ABŞ Maliyyə Nazirliyi peyklərə səs siqnalları göndərdiyinə və internet saytlarına filter tətbiq etdiyinə görə “Ofog Toseeye Saberin” mühəndislik şirkətinə sanksiya tətbiq edib.