APA-nın “Guardian”a istinadən yaydığı məlumata görə, diplomatik missiyalar arasında Fransa, İtaliya, Avropa Birliyi, Türkiyə, Yunanıstan, Yaponiya, Meksika, Cənubi Koreya, Hindistan və digər ölkələrin səfirlikləri var.
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşı Edvard Snoudenin jurnalistlərə təqdim etdiyi sənədlərdə “hədəf” olaraq göstərilən diplomatik missiyaların siyahısı verilib. Xüsusi xidmət orqanlarının səfirlik binalarındakı telefon xətlərinə və elektron kommunikasiyalara çıxışı olub. Onların həmçinin diplomatların danışıqlarını xüsusi antena vasitəsilə də dinlədiyi güman edilir.
Xatırladaq ki, iyunun 29-da Spiegel nəşri Edvard Snudenə istinadən analoji məlumatı dərc edib.