Bakı-APA. ABŞ Yəmənin paytaxtı Sanadakı səfirliyinin fəaliyyətini bərpa edib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Dövlət Departamentinin açıqlamasında bildirib.
Açıqlamada bildirilir ki, səfirlik vətəndaşlara “məhdud sayda xidmətlər” göstərmək üçün artıq bazar günündən fəaliyyətə başlayıb.
Qeyd edək ki, səfirlik avqustun 4-də terror təhlükəsi səbəbindən bağlanmışdır. Yaxın Şərq və Şimali Afrikanın 19 ölkəsində bağlanmış ABŞ səfirliklərindən fərqli olaraq Yəməndəki diplomatik nümayəndəlik (Pakistanın Lahor şəhərindəki konsulluq istisna olmaqla) ən sonuncu fəaliyyətini bərpa edib.
Digər səfirliklərin əksəriyyəti avqustun 11-dən işini bərpa edib.