Bank Of Baku

Afrikalı iş adamı İranla nüvə əməkdaşlığına görə həbs olunub

Afrikalı iş adamı İranla nüvə əməkdaşlığına görə həbs olunub
# 24 avqust 2013 16:20 (UTC +04:00)

Bakı. Real Cəfərli – APA. Afrikalı iş adamı İranla nüvə əməkdaşlığına görə həbs edilib. APA-nın «Fars» xəbər agentliyinə istinadən məlumatına görə, əslən Sierra Lionedan olan Patrik Kemplin Nyu-Yorkun Con Kennedi adına Beynəlxalq Hava Limanında tutulub.

Afrikalı iş adamı İrana nüvə maddəsi satmağa cəhd göstərməkdə ittiham edilir. Hətta onun üzərində «sarı kek» (uranium oksid) adlandırılan maddənin tapıldığı bildirilir. Lakin P.Kemplinin İranla necə əlaqəsi olduğu barədə heç bir açıqlama verilmir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR