Bakı. Real Cəfərli - APA. “Biz İranın nüvə məsələsi ilə bağlı yekun razılaşmanın əldə olunmasını dəstəkləyirik”. APA-nın İRNA-ya istinadən verdiyi məlumata görə, bunu Ağ Evin sözçüsü Cey Karni bildirib.
Onun sözlərinə görə, ABŞ-la İran arasında müxtəlif məsələlərlə bağlı ixtilaflar var: “Məsələn, ABŞ İranla Suriya və ya Livanın “Hizbullah” təşkilatı ilə bağlı məsələdə müxalifdir. Ancaq bu cür məsələlər nüvə danışıqlarından çıxarılıb. Ona görə də iki ölkə arasındakı fikir ayrılıqları nüvə müzakirələrinə təsir göstərməyəcək”.
C.Karni deyib ki, İranla “altılıq” ölkələri arasında danışıqların məqsədi bu ölkənin nüvə proqramının həllidir: “Biz də bu hədəfimizə nail olmaq niyyətindəyik”.