Bakı-APA. Suriyadakı münaqişə güc yolu ilə həll oluna bilməz. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bunu brifinqdə Ağ evin rəsmi nümayəndəsi Cey Karni deyib.
“Bu münaqişənin hərbi həll variantı yoxdur. Yalnız siyasi çözüm yolu var. Prezident Əsəd Suriya xalqının gələcəyi naminə getməlidir”, - deyə o vurğulayıb.