Bank Of Baku

Ağ ev: ABŞ-İran danışıqları prezidentlər səviyyəsində davam etdirilməyəcək

Ağ ev: ABŞ-İran danışıqları prezidentlər səviyyəsində davam etdirilməyəcək
# 28 sentyabr 2013 04:36 (UTC +04:00)

Bakı-APA. ABŞ və İran arasında danışıqlar prezidentlər səviyyəsində davam etdirilməyəcək. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bunu jurnalistlərə Ağ evin yüksək çinli nümayəndəsi deyib.

 

Qeyd edək ki, Barak Obama cümə günü Həsən Ruhani ilə telefonla İranın nüvə problemini müzakirə etdiyini açıqlayıb.

 

“Biz düşünürük ki, bu prezidentlər səviyyəsində aparılacaq danışıqlar deyil. Danışıqların xarici işlər nazirləri səviyyəsində “5+1” formatında aparılacağını gözləyirik”, - deyə Ağ evin nümayəndə bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR