APA-nın “Radiofərda”ya istinadən verdiyi məlumata görə, Ağ Evin sözçüsü Cey Karni jurnalistlərə açıqlamasında bildirib ki, məktubda ABŞ-ın İranla nüvə mübahisəsinə son qoymağa hazır olduğu qeyd edilib: “Ancaq bir şərtlə ki, İran nüvə silahına yiyələnmək niyyətində deyil və bunu sübut etməlidir”.
Onun sözlərinə görə, məktubda həmçinin ABŞ-ın İranın nüvə məsələsini həll etməyə hazır olduğu və bunun üçün rəsmi Tehran öz nüvə proqramının sülh məqsədli olduğunu isbatlamalıdır”.
Eyni zamanda C. Karni deyib ki, məktub İrana bir mesajdır: “Ona görə də rəsmi Tehran nüvə proqramı ilə bağlı məsələlərə cavab verməlidir. Çünki həmin vaxt İranın nüvə məsələsinin diplomatik yolla həlli üçün qapı açılır. Lakin bu qapı həmişə açıq qalmayacaq”.