APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, minlərlə yaşayış evindən sakinlər çıxarılıb.
Kenay yarımadasında yayılan yanğın 360 kvadrat kilometri əhatə edir. Yanğınsöndürənlər yanğının yalnız 30 faizini lokallaşdıra biliblər.
Yanğını söndürmək üçün Oreqon, Montana və qonşu Kanadadan 500 nəfər səfərbərliyə alınıb.