Bakı. Real Cəfərli - APA. “İrana qarşı yeni sanksiyalar tətbiq edilməyəcək”. APA-nın “Fars” xəbər agentliyinə istinadən məlumatına görə, bunu ABŞ Senatının Bankçılıq Komitəsinin üzvü Bob Kraker bildirib.
Amerikalı senatorun sözlərinə görə, İranla “altılıq” ölkələri arasında nüvə müzakirələrinin keçirildiyi bir zamanda bu ölkəyə qarşı yeni sanksiyaların tətbiqi mümkünsüzdür: “Ağ Evdə ABŞ prezidenti Barak Obama ilə görüşdə əsas müzakirə mövzusu İranın nüvə məsələsi olub”.