Bakı-APA. ABŞ-ın Kvinnipiak universiteti tərəfindən keçirilmiş sorğu göstərib ki, amerikalılar MKİ-nin keçmiş casusu Edvard Snoudeni satqın yox, ifşaedici sayırlar.
«Amerikalıların 55%-i hesab etmirlər ki, Edvard Snouden ABŞ-ın milli maraqlarını satıb. Vətəndaşların 34%-i isə onu satqın hesab edirlər», deyə sorğunun nəticələrinə dair hesabatda bildirilir.
Sorğunun nəticələrinə əsəsən, əhalinin bütün təbəqələrinin nümayəndələri belə fikirdədirlər. Yalnız qaradərili vətəndaşlar istisna təşkil edirlər.
«Afroamerikalıların 43%-i Snoudeni satqın hesab edirlər, 42%-i isə ifşaedici», deyə sənəddə bildirilir.