Bank Of Baku

Aqşin Mehdiyev: “BMT Təhlükəsizlik Şurası Suriyada kimyəvi silahın ləğvinə dair qətnamə qəbul etməyəcək”

Aqşin Mehdiyev: “BMT Təhlükəsizlik Şurası Suriyada kimyəvi silahın ləğvinə dair qətnamə qəbul etməyəcək”
# 11 oktyabr 2013 00:28 (UTC +04:00)

APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, bunu ötən gün Təhlükəsizlik Şurasında sədrlik edən Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Aqşin Mehdiyev bəyan edib.

 

“Biz məktub hazırlamışıq və tezliklə onu yayacağıq”, deyə Mehdiyev qeyd edib.

 

Qeyd edək ki, oktyabrın 11-də  BMT Təhlükəsizlik Şurasının bununla bağlı qətnamə qəbul edəcəyi gözlənilirdi. 

 

Qeyd edək ki, oktyabrın 7-də BMT-nin baş katibi Pan Qi Mun Təhlükəsizlik Şurasına tövsiyələrini təqdim edib. Məktubda, BMT və Kimyəvi Silahların Qadağan Olunması Təşkilatının Dəməşqdə və Kiprdə bazaları olacaq birgə missiyasını yaratmaq təklif olunub. Baş katibin fikrincə, missiyanın tərkibinə hər iki təşkilatın 100-dək nümayəndəsi daxil olacaq.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR