Bank Of Baku

Argentina rəhbərliyinin elektron poçtlarının parolları oğurlanıb

Argentina rəhbərliyinin elektron poçtlarının parolları oğurlanıb
# 16 iyul 2013 04:43 (UTC +04:00)

Bakı-APA. Argentina XİN ölkənin baş prokurorluğuna müraciət edib. Müraciətdə ölkənin yüksək vəzifəli məmurları, siyasətçiləri, diplomatları və parlamentarilərinin elektron ünvanlarına aid məlumatların oğurlanması faktını araşdırmaq xahiş olunur.

 

Sənəddə qeyd olunur ki, ötən həftə Montevideoda keçirilmiş Cənubi Amerika bazarı ölkələrinin prezidentlərinin görüşündə ölkələrdən birinin nümayəndəsi Argentina XİN başçısına zərf verib. Zərfdə Argentinanın yüksək vəzifəli məmurları, siyasətçiləri, diplomatları və parlamentarilərinin elektron poçtları və onların parolları barədə məlumat var olub.

 

Xatırladaq ki, sözügedən sammitdə Boliviya prezidenti Evo Morales Birləşmiş Ştatları boliviyalı yüksək vəzifəli məmurların elektron ünvanlarına nəzarət etməkdə günahlandırmışdı. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR