Bank Of Baku

Argentina silahlı qüvvələrinin rəhbərliyi dəyişdirilib

Argentina silahlı qüvvələrinin rəhbərliyi dəyişdirilib
# 27 iyun 2013 04:18 (UTC +04:00)

Bakı-APA. Argentina prezidenti Kristina Fernandes de Kirşner ölkənin ali hərbi komandanlığında ciddi dəyişikliklər edib.

 

Prezidentin sərəncamına əsasən, silahlı qüvvələrin birləşmiş qərargahına briqada generalı Luis Mariya Karena başçılıq edəcək. APA-nın məlumatına görə, o bu vəzifədə ordu generalı Xorxe Alberto Şevalyeni əvəz edəcək.

 

Quru qoşunlarının qərargah rəisi diviziya generalı Sesar Milani təyin olunub. O, bu vəzifədə general-leytenant Luis Alberto Possini əvəz edib. Kontr-admiral Qaston Fernando Erise admiral Daniel Alberto Enrike Martinin əvəzinə HDQ qərargah rəisi təyin edilib. Diviziya generalı Mario Migel Kalyexo HHQ qərargah rəisi təyin olunub. Ondan əvvəl bu vəzifəni ordu generalı Normando Konstantino tutub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR