Bank Of Baku

Argentinada avtobusun qəzaya uğraması nəticəsində 50 nəfər xəsarət alıb

Argentinada avtobusun qəzaya uğraması nəticəsində 50 nəfər xəsarət alıb
# 24 aprel 2014 23:22 (UTC +04:00)

Bakı-APA. Buenos Ayresdə avtobus qəzaya uğrayıb, nəticədə 50 nəfər xəsarət alıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, insident Argentina paytaxtının cənub hissəsində ötən gün saat 20.00 radələrində baş verib. Sərnişin avtobusu ictimai nəqliyyat üçün nəzərdə tutulmuş zolaqda  hərəkətdə olarkən yol hərəkəti qaydalarını pozmuş minik avtomobili ilə toqquşub. Nəticədə, sürücü idarəetməni itirib və avtobus yoldan çıxaraq ağaca çırpılıb.

Hadisə yerinə 21 “təcili yardım” maşını və tibb helikopteri cəlb olunub. Xəsarət alanlardan 35-i xəstəxanaya yerləşdirilib, qalanlarına tibbi yardım hadisə yerində göstərilib. Yaralılar arasında 4 uşağın olduğu bildirilir. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR