Bank Of Baku

Argentinada binada qaz partlayıb, 8 nəfər ölüb 63 nəfər yaralanıb - FOTO

Argentinada binada qaz partlayıb, 8 nəfər ölüb 63 nəfər yaralanıb - <span style="color: red;">FOTO
# 07 avqust 2013 04:38 (UTC +04:00)

Bakı-APA. Argentinanın Rosario şəhərində yaşayış binasında qaz partlaması nəticəsində 8 sakin ölüb, 63 nəfər isə yaralanıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, partlayış ötən gün axşam saatlarında şəhərin mərkəzində yerləşən 10 mərtəbəli yaşayış binasında baş verib. İlkin versiyaya görə partlayışa səbəb istilik sisteminin qazanxanasında yaranan nasazlıq olub.

 

Hadisə şahidlərinin verdiyi xəbərə görə, partlayışdan sonra hadisə yerini qatı tüstü bürüyüb, 1-ci və 2-ci mərtəbədə yanğın başlayıb. Qonşu binaların sakinləri mənzillərdən təxliyə olunub.   

 

“Frans Press” agentliyi 19 nəfərin itkin düşdüyünü bildirir.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR