Bakı-APA. Argentinada iki qatarın toqquşması nəticəsində yüzdən artıq insan yaralanıb.
İnsident Buenos-Ayresdən 30 km qərbdə yerləşən Kastelar stansiyasında baş verib. 3725 saylı qatar naməlum səbəbdən stansiyada dayanmış digər qatarla toqquşub.
Yaralılardan 5 nəfərin vəziyyəti daha ağırdır.