Bank Of Baku

Argentinanın sabiq prezidenti vergilərdən yayınmaqda ittiham olunur

Argentinanın sabiq prezidenti vergilərdən yayınmaqda ittiham olunur
# 03 sentyabr 2013 04:43 (UTC +04:00)

Bakı-APA. Argentinanın sabiq prezidenti Karlos Menem Buenos-Ayresdə məhkəmə qarşısına çıxıb. APA-nın BBC-yə istinadən verdiyi məlumata görə, Menem vergilərdən yayınmaqda ittiham olunur.

 

Prokurorluq sabiq prezidenti milyonlarla dollarlıq bank hesablarını, habelə iki təyyarəni, avtomobilləri, daşınmaz əmlak və qiymətli kağızları gizlətməkdə günahlandırır.

 

83 yaşlı Menem isə bu ittihamları rədd edərək, heç kimə zərər vermək niyyətində olmadığını bəyan edib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR