APA-nın məlumatına görə, yanğınla əlaqədar Yarnell şəhərinin sakinləri evakuasiya olunub. Yanğın bir sıra yolların bağlanmasına səbəb olub. Alovun söndürülməsinə 200-dən artıq yanğınsöndürən maşın cəlb edilib, əraziyə əlavə olaraq 130 yanğınsöndürənin, həmçinin xüsusi təyinatlı təyyarə və vertolyotların göndərilməsi planlaşdırılır. Yanğın Finiks şəhərindən 140 kilometr məsafədə ən azı 50 evi külə döndərib.