Bank Of Baku

Azərbaycan diplomatı Ohayo Ştatının Dövlət Evində təşkil olunmuş tədbirdə iştirak edib - FOTO

Azərbaycan diplomatı Ohayo Ştatının Dövlət Evində təşkil olunmuş tədbirdə iştirak edib - <span style="color: red;">FOTO
# 17 may 2013 01:40 (UTC +04:00)

Bakı-APA. ABŞ-ın Ohayo ştatında yaşayan türk icmalarını təmsil edən Niaqara Fondu tərəfindən mayın 15-də ştatın paytaxtı Kolumbus şəhərində təşkil olunmuş tədbirdə Azərbaycanın ABŞ-dakı səfirliyinin müşaviri Fəxrəddin İsmayılov iştirak edib. Azərbaycanın ABŞ-dakı səfirliyindən APA-ya verilən məlumata görə, Ohayo ştatının Nümayəndələr Palatası və Senatının yerləşdiyi Dövlət Evində baş tutmuş tədbirdə Nümayəndələr Palatası və Senatın çoxsaylı üzvləri, paytaxt Kolumbusun meri Maykl Kolman, yerli ictimaiyyətin nümayəndələri və türk icmalarının təmsilçiləri qatılıb.

Niaqara Fondunun icraçı direktoru Serkan Aykan tədbiri açaraq, rəhbərlik etdiyi təşkilatın həyata keçirdiyi fəaliyyətlər haqqında məlumat verib, Ohayo Ştatında müxtəlif icmalar arasında dialoq və əməkdaşlığın təşviqinə çalışdıqlarını bildirib və bu məqsədlə vaxtaşırı olaraq Ştat rəsmiləri, akademik dairələr və ictimaiyyət nümayəndələrinin Türkiyə və digər türkdilli ölkələrə təşkil etdikləri səfərləri xatırladıb. S.Aykan o cümlədən Ohayo ştatı Nümayəndələr Palatasının bir qrup üzvü ilə ötən ilin sentyabrında Azərbaycana etdikləri səfər barədə söz açıb. Tədbirin çıxışçıları arasında olan Nümayəndələr Palatasının üzvü Con Adams həmçinin Azərbaycana səfər və ölkəmiz ilə bağlı xoş təəssüratlarını bölüşüb.             

Tədbir iştirakçıları qarşısında çıxış edən Fəxrəddin İsmayılov öz növbəsində təhlükəsizlik, enerji və iqtisadiyyat başda olmaqla, müxtəlif sahələrdə Azərbaycan və ABŞ arasında qarşılıqlı maraqlara əsaslanan əməkdaşlıq barədə danışıb, ikitərəfli münasibətlərin inkişafı sahəsində əldə olunmuş nailiyyətləri qeyd edib və mövcud perspektivlərə istinad edib. İştirakçıların diqqətinə eləcə də Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalının 20 ildən artıq davam etdiyi və bu işğalın doğurduğu nəticələr çatdırılıb. 

Bundan əlavə, tədbir çərçivəsində iştirakçılara Heydər Əliyev Fondu tərəfindən Azərbaycanın tarixi, təbiəti, mədəni irsi və mətbəxi barədə hazırlanmış məlumat və təbliğat materialları nümayiş etdirilib. Azərbaycan barədə məlumatları əks etdirən kitab və digər hədiyyələr tədbirin rəsmi hissəsində səfirliyin əməkdaşı tərəfindən Kolumbus şəhərinin meri Maykl Kolmana təqdim olunub.      

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR