Bank Of Baku

Barak Obama: “İranla bağlı mübahisələrin 6 ay ərzində həlli mümkündür”

Barak Obama: “İranla bağlı mübahisələrin 6 ay ərzində həlli mümkündür”
# 22 noyabr 2013 13:18 (UTC +04:00)

Bakı. Real Cəfərli – APA. “İranın nüvə məsələsi ilə bağlı mübahisələrin 6 ay içərisində diplomatik yolla həlli mümkündür”.

 

APA-nın “Təsnim” xəbər agentliyinə istinadən məlumatına görə, bunu ABŞ prezidenti Barak Obama bildirib.

 

Onun sözlərinə görə, ABŞ hazırda İranın nüvə məsələsinin həllini özündə ehtiva edən anlaşma layihəsi ilə bağlı İran, İsrail, ABŞ Konqresi və dünyanın digər ölkələrinin liderləri ilə məsləhətləşmələr aparmaqdadır.

 

Ancaq bununla belə, B.Obama ABŞ-ın İrana qarşı sanksiyaları aradan qaldırmayacağını deyib: “ABŞ prezidenti olaraq İranın nüvə silahına yiyələnməsinin qarşısının alınması üçün bütün variantlardan istifadə edəcəyəm”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR