Bakı-APA. ABŞ prezidenti Barak Obama Beynəlxalq Valyuta Fondu (BVF) və Ukrayna arasında maliyyə dəstəyi haqqında bağlanan sazişi irəli atılmış addım adlandırıb. APA-nın “BBC”-yə istinadən verdiyi xəbərə görə, Ukraynaya ayrılacaq vəsaitin məbləği hələlik açıqlanmasa da, onun 14-18 mlrd. dollar olacağı ehtimal olunur.
“Bu razılaşma Ukrayna iqtisadiyyatını sabitləşdirəcək”, deyə Obama Romadakı mətbuat konfransında bildirib.
Ekspertlər AB, ABŞ və Yaponiyanın da Ukraynaya maliyyə yardımı ayıracaqlarını proqnozlaşdırırlar.