Bakı-APA. ABŞ prezidenti Barak Obama ötən gün İsrailin baş naziri Binyamin Netanyahu və Fələstinin rəhbəri Mahmud Abbasla telefon danışığı aparıb.
APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, onlar üç illik fasilədən sonra bu günlərdə Vaşinqtonda bərpa olunan İsrail-Fələstin sülh danışıqlarının davam etdirilməsinin perspektivlərini müzakirə edib.
İyulun 28-də baş tutmuş danışıqların ilk raundunda tərəflər 2 həftədən sonra Yaxın Şərqdə təkrar görüş keçirməyə razılaşıb. Görüşün yeri və vaxtı hələlik razılaşdırılmayıb. Onlar həmçinin əsas ziddiyyətlərin nizamlanması üçün dialoqu yaxın 9 ay ərzində davam etdirilməsinə dair razılığa gəliblər.
Gündəmdə İsrailin təhlükəsizliyi, Fələstin dövlətinin sərhədləri, Yerusəlimin statusu, fələstinli qaçqınların qayıtması kimi məsələlər durur.