Bakı-APA, ABŞ prezidenti Barack Obama Vaşinqtonda İsrail və Fələstin nümayəndə heyətləri ilə görüş keçirir. APA-nın “Frans Press”ə istinadən verdiyi xəbərə görə, İsrail və Fələstin nümayəndə heyətləri arasında danışıqlar ötən gün başlayıb. Danışıqlarda İsrail nümayəndə heyətinə ədliyyə naziri Tsipni Livni, Fələstini isə Saeb Erakat təmsil edir.
Ötən gecə nümayəndə heyətlərinin rəhbərləri Con Kerrinin iştirakı ilə birgə nahar ediblər.
Qeyd edək ki, Obama ilə görüşməzdən əvvəl ABŞ Dövlət Departamentində nümayəndə heyətləri arasında vasitəçilərsiz təkbətək görüş keçirilib. Sonradan diskussiyalara dövlət katibi Con Kerri və ABŞ-ın Yaxın Şərq probleminin nizamlanması üzrə yeni təyin olunmuş xüsusi nümayəndəsi Martin İndik qoşulub. Kerrinin görüşdən sonra açıqlama verəcəyi gözlənilir.
Qeyd edək ki, İsrail və Fələstin arasında dialoq 3 illik fasilədən sonra bərpa olunub.