Bank Of Baku

Barak Obama kəşfiyyata Suriyada kimyəvi silahdan istifadə barədə məlumatları araşdırmağı tapşırıb

Barak Obama kəşfiyyata Suriyada kimyəvi silahdan istifadə barədə məlumatları araşdırmağı tapşırıb
# 22 avqust 2013 21:45 (UTC +04:00)

Bakı-APA. ABŞ prezidenti Barak Obama Amerika kəşfiyyatına Suriyada kimyəvi silahdan istifadə barədə məlumatı diqqətlə araşdırmağı tapşırıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu ABŞ Dövlət Departamentinin nümayəndəsi Cen Psaki açıqlamasında bildirib.

 

“Prezident kəşfiyyata nə baş verdiyini araşdırmağı tapşırıb. Buraya şahidlərin dindirilməsi, müşahidə vasitələrinin məlumatları, açıq mənbələrin tədqiqi, laborator analizlər daxildir”, deyə Psaki qeyd edib.

 

Onun sözlərinə görə,  Suriyada kimyəvi silahdan istifadə barədə yeni məlumatlar hələlik təsdiqlənməyib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR