Bakı-APA. ABŞ prezidenti Barak Obama müharibələrdən yorulduğunu bəyan edib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, jurnalistlərlə söhbət zamanı Obama Əfqanıstan nəzərə alınmaqla, müəyyən yorğunluğun olduğunu etiraf edib.
“İraqdan sonra hərbi əməliyyatlarla bağlı müəyyən şübhələr var. Mən bunu çox gözəl başa düşürəm”, - deyə o qeyd edib.
Bununla yanaşı Obama əksər ölkələrdə qadağan olunmuş silahdan istifadə edənlərə siqnal göndərilməsinin vacibliyini vurğulayıb.
ABŞ prezidentinin sözlərinə görə, Vaşinqtonun atacağı addımdan asılı olmayaraq, bu, böyük əməliyyat olmayacaq: “Bir çoxları düşünür ki, nəsə edilməlidir. Lakin heç kim bunu etmək istəmir”