Bank Of Baku

Baraka Obama iyunun əvvəlində Ukraynanın yeni prezidenti ilə görüşəcək

Baraka Obama iyunun əvvəlində Ukraynanın yeni prezidenti ilə görüşəcək
# 28 may 2014 08:30 (UTC +04:00)

Bakı – APA. ABŞ prezidenti Barak Obama iyunun 2-7-də gerçəkləşəcək Avropa turnesi zamanı Ukraynanın yeni prezidenti Pyotr Poroşenko ilə görüşəcək. APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə ABŞ Milli Təhlükəsizlik Şurasından bildirilib. “Bəli, biz güman edirik ki, görüş olacaq”, deyə qurumun mətbuat xidmətinin əməkdaşı söyləyib. O, əlavə şərh verməyib.

 

B. Obama Avropa turnesi çərçivəsində Polşa, Belçika və Fransaya səfər edəcək.

 

Qeyd edək ki, mayın 27-də B. Obama ilə P. Poroşenko arasında telefon danışığı olub. B. Obama P. Poroşenkonu təbrik edərək onu təcili islahatlar keçirməyə çağırıb və ABŞ-ın hərtərəfli dəstəyini vəd edib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR