Bakı-APA. BMT-nin baş katibi Pan Qi Mun Misir hakimiyyətini prezidentlikdən kənarlaşdırılan Məhəmməd Mursini azad etməyə çağırıb.
“Məhəmməd Mursi və onun tərəfdarları azad olunmalı, yaxud onların barəsində tez bir zamanda şəffaf istintaq aparılmalıdır”. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə BMT-nin rəsmi nümayəndəsinin müavini Eduardo del-Buey.
Xatırladaq ki, Misir prezidenti Məhəmməd Mursi iyulun 3-də ölkəni bürümüş irimiqyaslı etiraz aksiyaları fonunda hərbçilər tərəfindən hakimiyyətdən kənarlaşdırılıb. Dövlətin müvəqqəti rəhbəri Konstitusiya məhkəməsinin sədri Ədli Mənsur təyin olunub. KİV-lərin məlumatına görə, Mursi hazırda Misir silahı qüvvələrinin obyektlərindən birində saxlanılır.