Bakı-APA. BMT müfəttişləri kimyəvi silahın istifadəsi ehtimal olunan ərazilərdə yoxlamaları yekunlaşdırmaq məqsədi ilə Suriyaya qayıdacaqlar. APA-nın “İnterfaks”a istnadən verdiyi xəbərə görə, bu barədə Pan Qi Mun mətbuat konfransında bildirib. “BMT missiyası işini yekunlaşdırmaq üçün Suriyaya qayıdacaq”, deyə o qeyd edib.
Baş katib əlavə edib ki, araşdırmalar yekunlaşdıqda BMT ekspertləri ətraflı hesabat hazırlayacaqlar.
“Kimyəvi silahın istifadəsi faktı təsdiqlənərsə, günahkar kim olursa olsun, bu beynəlxalq hüquq normalarının ciddi pozuntusu kimi qiymətləndiriləcək”, deyə baş katib qeyd edib.