Bakı-APA. Bu gün BMT Baş Assambleyasının sessiyasında Ukrayna məsələsi müzakirə olunacaq.
APA-nın UNİAN-a istinadən verdiyi məlumata görə, sessiya zamanı dünya dövlətlərini Krım və Sevastopolun statusunun dəyişdirilməsini tanımamaq çağırışının əks olunduğu qətnamə layihəsi müzakirəyə çıxarılacaq.
Sənəddə həmçinin BMT Baş Assambleyasına Ukraynanın suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü təsdiq etmək də təklif olunacaq.