Bank Of Baku

BMT Baş Assambleyasının Ukraynaya dair iclası martın 27-də keçiriləcək

BMT Baş Assambleyasının Ukraynaya dair iclası martın 27-də keçiriləcək
# 22 mart 2014 18:23 (UTC +04:00)

Bakı-APA. BMT Baş Assambleyasının Ukraynadakı vəziyyətə dair iclası martın 27-də keçiriləcək. APA-nın “UNİAN”a istinadən verdiyi xəbərə görə, bu barədə BMT İnformasiya Mərkəzi  BMT Baş Assambleyasının 68-ci sessiyasının sədrinin mətbuat katibi Afaf Konjunun açıqlamasına istinadən bildirir.  

 

Məlumatda bildirilir ki, martın 15-də BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan Rusiya veto hüququndan istifadə edərək Ukraynaya dair qətnamənin qəbul olunmasını bloklayıb. Digər üzvlər qətnamənin lehinə səs verib, Çin isə bitərəf qalıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR