Bank Of Baku

BMT baş katibi kimyəvi silahdan istifadənin araşdırılması ilə bağlı Suriyaya rəsmi sorğu göndərib

BMT baş katibi kimyəvi silahdan istifadənin araşdırılması ilə bağlı Suriyaya rəsmi sorğu göndərib
# 23 avqust 2013 04:58 (UTC +04:00)

Bakı-APA. BMT Suriyada kimyəvi silahdan istifadə barədə yayılmış məlumatların tez bir zamanda araşdırılması ilə bağlı rəsmi Dəməşqə rəsmi sorğu göndərib. APA-nın “Röyters”ə istinadən verdiyi xəbərə görə, Pan Qi Mun hesab edir ki, hadisə olduqca tez araşdırılmalıdır, o, məsələ ilə bağlı “olduqca tez bir zamanda” müsbət cavab almağa ümid etdiyini bildirib.  

Qeyd edək ki, avqustun 21-də bir sıra KİV-lər Dəməşqin ətrafında  kimyəvi silahdan istifadə barədə məlumatlar yayıb. İlkin məlumatlara görə, 600-dən çox insan kimyəvi silahın qurbanı olub. Suriya müxalifətinin milli koalisiyası isə 1300 nəfərin öldüyünü iddia edir. Hakimiyyət və ordu komandanlığı, öz növbəsində, bu xəbərləri təkzib edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR