APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə “Röyters” agentliyi diplomatik dairələrdəki mənbələrinə istinadən məlumat yayıb.
Qeyd edək ki, Böyük Britaniya avqustun 28-də BMT qətnaməsinin layihəsini təqdim edib. Sənəd Suriyada kimyəvi silahın istifadəsini pisləyir və dinc əhalinin mühafizəsi üçün bu ölkəyə beynəlxalq hərbi müdaxilə ehtimalını irəli sürür.
Çin, Rusiya, Böyük Britaniya, ABŞ və Fransa BMT Təhlükəsizlik Şurasının daimi üzvüdür.
Qeyd edək ki, Suriyada vəziyyət avqustun 21-də kritik mərhələyə keçib. Belə ki, məhz həmin gün bir sıra KİV-lər hökumət qüvvələrinin Dəməşq ətrafında kimyəvi silahdan istifadə etməsi barədə məlumatlar yayıb. Suriya müxalifətinin milli koalisiyası 1300-dən çox insanın öldüyünü iddia edir. Hakimiyyət və ordu komandanlığı, öz növbəsində, bu xəbərləri təkzib edir. Məhz bu hadisədən sonra Suriyaya hərbi müdaxilə məsələsi Qərbdə gündəmə gəlib.