APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə “Frans Press”ə məlumat yayıb.
Rusiyanın təşəbbüsü ilə baş tutan BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvünün (Çin, Rusiya, Böyük Britaniya, ABŞ və Fransa) görüşü cəmi 45 dəqiqə davam edib. Agentliyin məlumatına görə, iclası tərk edən “beşlik” ölkələrin səfirləri hər-hansı şərh verməkdən boyun qaçırıblar.
İclasda müzakirə mövzusu Böyük Britaniyanın avqustun 28-də təqdim etdiyi BMT qətnaməsinin layihəsi olub. Sənəd Suriyada kimyəvi silahın istifadəsini pisləyir və dinc əhalinin mühafizəsi üçün bu ölkəyə beynəlxalq hərbi müdaxilə ehtimalını irəli sürür.
Qeyd edək ki, Suriyada vəziyyət avqustun 21-də kritik mərhələyə keçib. Belə ki, məhz həmin gün bir sıra KİV-lər hökumət qüvvələrinin Dəməşq ətrafında kimyəvi silahdan istifadə etməsi barədə məlumatlar yayıb. Suriya müxalifətinin milli koalisiyası 1300-dən çox insanın öldüyünü iddia edir. Hakimiyyət və ordu komandanlığı, öz növbəsində, bu xəbərləri təkzib edir. Məhz bu hadisədən sonra Suriyaya hərbi müdaxilə məsələsi Qərbdə gündəmə gəlib.