Bank Of Baku

BMT və Kimyəvi silahların qadağan olunması üzrə təşkilat Suriya ilə bağlı birgə missiya yaradır

BMT və Kimyəvi silahların qadağan olunması üzrə təşkilat Suriya ilə bağlı birgə missiya yaradır
# 12 oktyabr 2013 09:05 (UTC +04:00)

APA-nın BMT Xəbər Mərkəzinə istinadən verdiyi xəbərə görə, BMT TŞ-nin sədri, Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Aqşin Mehdiyev baş katibə məktub göndərərək bildirib ki, missiyanın təsis edilməsinə razılıq verilib.

 

Pan Gi Mun bu məsələyə cəld reaksiya verilməsi ilə əlaqədar BMT TŞ-yə təşəkkür edib.
 

Qeyd edək ki, yaradılacaq 100 nəfərlik missiyaya xüsusi əlaqələndirici rəhbərlik edəcək. Missiyanın fəaliyyətinin üç mərhələsi nəzərdə tutulub. Birinci mərhələdə missiya Suriyada ilkin əməliyyat potensialı yaradacaq. 2013-cü ilin noyabrın 1-dək davam edəcək ikinci mərhələdə Suriyada kimyəvi silahların hazırlanması və saxlanılması üçün nəzərdə tutulan bütün obyektlərin ilkin yoxlanılması başa çatdırılacaq və bu ölkədə kimyəvi silahların hazırlanması üçün istifadə olunan avadanlıqların məhv edilməsinə nəzarət edəcək. Üçüncü mərhələ 2014-cü ilin iyunun 30-dək davam edəcək və bu mərhələdə missiya kimyəvi silahlar üzrə kompleks proqramının məhvinə nəzarət və yoxlama işləri aparacaq.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR