Bank Of Baku

Boliviya təbii fəlakət nəticəsində zərər çəkmiş insanlara yardım göstərilməsi üçün beynəlxalq ictimaiyyətə müraciət edib

Boliviya təbii fəlakət nəticəsində zərər çəkmiş insanlara yardım göstərilməsi üçün beynəlxalq ictimaiyyətə müraciət edib
# 15 fevral 2014 04:25 (UTC +04:00)

APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, ilk növbədə ərzaq, çadır və dava-dərmana ehtiyacın olduğu bildirilir.

 

Fevralın 14-də Boliviyanın prezidenti Evo Morales əhaliyə yardım göstərilməsi üzrə səyləri əlaqələndirmək üçün xarici ölkələrin səfirləri və beynəlxalq humanitar təşkilatların nümayəndələri ilə görüş keçirib.

 

Son məlumatlara əsasən, Boliviya ərazisinə yağan güclü leysan yağışlarının sel axını ilə müşayiət olunması nəticəsində 55 nəfər ölüb, 11 nəfər itkin düşüb. Ölkənin 133 yaşayış məntəqəsində fövqəladə vəziyyət yaranıb, 40 min hektar əkin sahəsi məhv olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR