Bakı-APA. Boliviyada həbsxanada baş vermiş qiyam nəticəsində ölənlərin sayı 28 nəfərə çatıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bu barədə Latın Amerikası kütləvi informasiya vasitələri məlumat yayıb.
*** 00.02
Bakı-APA. Boliviyada həbsxanada baş vermiş qiyam nəticəsində ən azı 10 məhbus ölüb, 50 nəfər yaralanıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bu barədə Associated Press-ə yerli polisdən bildiriblər. Ölkənin şərqində yerləşən “Palmasola” həbsxanasında məhbuslar arasında dava zamanı qaz balonu partlayıb. Bu isə öz növbəsində yanğına səbəb olub.
Polis rəisi Alberto Arasena vəziyyətin nəzarət altında saxlanıldığını bildirib. Eyni zamanda o, ölənlərin sayının artacağını da istisna etməyib.